Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sabunçu rayonunun Ramana və Maştağa qəsəbələrində monitorinq keçirilib. Reydlərin keçirilməsində məqsəd torpağın təyinatına uyğun olmadan istifadəsinin qarşısını almaqdır. Monitorinq zamanı bəzi qanunsuz tikililər sökülüb və sahibləri cərimələniblər.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxt və bölgələrdə mütəmadi şəkildə keçirilən reydlərdə kənd təsərüffatı torpaqlarının ərazinin təyinatına uyğun istifadə edilmədiyi aşkarlanıb. Reydlərdə məqsəd səmərəsiz istismar olunan torpaq sahələrinin geri qaytarılaraq təyinatı üzrə istifadəsini təmin etməkdir.
Bu qəbildən növbəti reyd paytaxtın Sabunçu rayonunun Ramana və Maştağa qəsəbələrində keçirilib. Reyd zamanı qanunsuz fəaliyyət götərən obyekt və yaşayış binaları aşkarlanaraq sahiblərinə cərimələr yazılıb və işlərin dayandırılması üçün inzibati protokollar tərtib edilib.
Tikilməkdə olan binalarda işlər dayandırılıb və aidiyyatı sənədlərin hazırlanması üçün son xəbərdarlıq edilib. Reyd zamanı əksər vətəndaş qanundan xəbərsiz olduğunu söyləsə də artıq fəaliyyətdə olan obyektləri bağlanılıb və onlar min manatdan 10 min manata qədər cərimə olunublar.
Reydlər zamanı kənd təsərrüfatı əhəmiyyətli torpqalarda qoruyucu yaşıllıq zolaqları kimi salınan ağacları məhv edən sakinlərin tikililəri də yerindəcə sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılıb. Və bundan sonra ərazinin ancaq kənd təsərrüffatlı üzrə istifadəsi üçün son xəbərdarlıq edilib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub