Xəzər rayonunda zorlama hadisəsi baş verib. Bu, fevral ayında Bakı ərazisində qeydə alınmış sayca dördüncü zorlama faktıdır.
Oxu.Az xəbər verir ki, Xəzər rayon hüquq-mühafizə orqanlarının məlumatına görə, 42 yaşlı Buzovna qəsəbə sakini İ.Z. bu barədə polis bölməsinə şikayət edib.
Qadın ərizədə göstərib ki, fevralın 11-də, saat 11:30 radələrində öz fərdi evində cinayət qurbanı olub. Cinayətin 1969-cu il təvəllüdlü qohumu Z.Z. tərəfindən törədildiyi bildirilir.
Zərərçəkənin sözlərinə görə, həmin şəxs onunla eyni ünvanda yaşayıb. Şübhəli şəxs hələlik saxlanılmayıb, materiallar araşdırılması üçün rayon prokurorluğuna göndərilib.
Qeyd edək ki, bundan əvvəl, fevralın 8-də Biləcəri qəsəbəsində1998-ci il təvəllüdlü V.F. ögey atası tərəfindən zorlanmışdı. Həmin cinayət də birgəyaşayış ünvanında törədilmişdi.
Zərərçəkənin atalığının əvvəllər AR Cinayət Məcəlləsinin 242-ci maddəsi (pornoqrafik materiallar və əşyaları qanunsuz yayma) ilə mühakimə olunduğu bildirilir. Binəqədi rayon
Polis İdarəsinin məlumatına görə, ögey qızını zorlayan şəxs artıq saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub