Mağazada naməlum işıq təhlükəsizlik kamerasına düşüb. Sahibi isə bunun hansısa varlıq olduğunu iddia edir. Milli.Az bildirir ki, Şabranda mağazada qəribə hadisə baş verib. Kamera görüntüsünə baxan mağaza sahibi əvvəlcə içəri oğruların daxil olduğunu zənn edib. Ancaq görüntülərə tam baxdıqdan sonra, bunun oğrular yox hərəkətdə olan naməlum işıq olduğunu görüb.
Mağaza sahibi Məzahir Məmmədov deyir ki, hər gün axşam və səhər saatlarında evindən mağazada quraşdırılan təhlükəsizlik kamerası ilə içəridə oğurluq olub-olmamasına baxırmış. Elə bu hadisə də səhər saatlarında kamera görüntülərinə baxan zaman baş verib. Bundan sonra, dərhal mağazaya gedən Məzahir Məmmədov içəri daxil olduqda orada naməlum işığın yox olduğunun şahidi olub. Məzahir Məmmədovun oğlu isə idda edir ki, bu işıq yox hansısa varlığın görüntüsüdür.
Hadisə şahidlərinin sözlərinə görə, görüntülərdə mağazada bir müddət dövrə vuran naməlum işıq bir neçə dəqiqədən sonra pəncərə tərəfdən yoxa çıxır.
Bəs görüntülərə düşən naməlum işıq nədir? Bunu hansısa naməlum varlıqla əlaqələndirmək olarmı? Görüntülərlə tanış olan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı Şölət Zeynalov isə bildirir ki,videogörüntülərdəki naməlum işığın hansısa varlıq olmasından söhbət belə gedə bilməz.Çünki, bunun dində və elmdə heç bir fəlsəfi izahı yoxdur.
Qeyd edək ki, mağaza sahibi bildirir ki,bu hal ilk dəfədir baş verib. /xezerxeber.az
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub