Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Mynews.az-ın "Report"a istinadla verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
İrigövdəli ağaca çırpılan "90-HS-317" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobildə sürücü və sərnişin ölüb. Onların şəxsiyyəti hələlik məlum deyil.
Qəzada ölən şəxslər avtomobili Bakı küçəsində yerləşən çay evlərindən birinin qarşısından qaçırıblar. Nəqliyyat vasitəsi rayon sakini İlham Zeynalova məxsusdur. İ. Zeynalov isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon şöbəsi sədrinin oğludur.
Faktla bağlı rayon polisində araşdırma aparılır.




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub