Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Onun harda olması barədə 8 gündür ki, heç bir məlumat yoxdur. Gəlinin ailəsi isə səbirsizliklə onun tapılacagı günü gözləyir.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 2 ayın gəlini evi tərk edib. Göygöl rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva düz 8 gündür ki, axtarılır. Qaynatası bildirib ki, gəlinini fen almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksiylə uzaqlaşdgını görüb.
Gəlinin qaynanası bildirib ki, Asiya oğlu Royal Bayramovla öz istəyi ilə ailə qurub. Evi tərk edənə qədərsə münasibətlərində heç bir problem olmayıb.
Elə qızın valideyinləri də məsələnin hansı səbəbdən baş verdiyini bilmir.
Ailə itən gəlin üçün çox böyük narahatçılıq keçirir. Qaynatası hətta onun tapılmasına kömək edəcək şəxsə mükafat da vəd edib. Qeyd edək ki, məsələ ilə baglı Göygöl rayonu hüquq-mühafizə orqanlarına da müraciət edilib, araşdırılma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub