17 yaşında evlənmək istəmədi, atasının ürəyinə bıçaq soxdu MƏHKƏMƏ

769
17 yaşında evlənmək istəmədi, atasının ürəyinə bıçaq soxdu MƏHKƏMƏ

Atasını anlaqsız vəziyyətdə öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə başlayıb.

Mynews.az Lent.az-a istinadən verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim  Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Hakim bildirilib ki, o, cinayəti anlaqsız vəziyyətdə törədib. Həmçinin təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı üçün  məhkəmədə qanuni nümayəndə ilə iştirak etməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin qanuni nümayəndəsi iştirak etmədiyindən hazırlıq iclası martın 7-dək təxirə salınıb.

Qeyd edək ki, qətl keçən il oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Gədəbəy rayon sakini 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub.

Məlumata görə, K.Qasımov hadisə baş verməzdən əvvəl psixoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Bundan sonra valideynləri K.Qasımovu evləndirmək istəyib. O isə atasına evlənməyəcəyini bildirib. Q.Qasımov isə oğlunu evləndirməkdə israr edib.

Bundan əsəbləşən K.Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.

K.Qasımov tutulub. Ona Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Xəbər lenti