Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov vəfat edib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, A.Ələsgərov dünən axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, A.Ələsgərov 1937-ci ilin dekabrın 13-də Bakıda anadan olub. A.Ələsgərov əmək fəaliyyətinə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının “Təchizat və satışı” Respublika Kontoru “Sovnarxozmaşsnabsbıt”ın mühəndisi kimi başlayıb.
Daha sonra o, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış “Tikinti mexanizasiyası sənayesi” trestində mühəndis, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsinin mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest “Orqtexstroy”, layihənin baş mühəndisi, şöbə müdiri, trestin baş mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsinin baş mühəndisi, SSRİ Dövlət Tikinti Komitəsinin “Azərdövlətsənayelayihə” İnstitutunun baş mühəndisinin müavini, “Bakıbaştikinti”nin Layihə - Konstruktor Texnoloji Bürosunun direktoru, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışıb.
A.Ələsgərov 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri idi.
Xatırladaq ki, A.Ələsgərov Azərbaycan Memarlar İttifaqının sədri olub, “Şərəf Nişanı” ordeni, “Xalqlar Dostluğu” ordeni, “Şöhrət” ordeni ilə təltif olunub, 1987-ci ildə “Azərbaycanın Əməkdar mühəndisi” və 2007-ci ildə “Azərbaycanın Əməkdar memarı” fəxri adları verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub