Fevralın 18-nə keçən gecə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və bir mağazadan oğurluq edilməsi barədə məlumatlar daxil olub.
DİN-in mətbuat xidmətindən Mynews.az-a verilən məlumata əsasən, dərhal aidiyyatı üzrə hadisə yerinə gələn Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla karqo şirkətindən və mağazadan 150 manat pul, “Wi-Fi” aparatı, yaddaş qurğusu, mobil telefon, ev telefonu və qiymət çap edən aparatın oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Alıyev qısa zamanda müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub