Fevralın 19-da, Səbail rayonunun Nizami küçəsindəki yaşayış binalarının birinin həyətində təxminən 25-30 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, onun xarakterik əlamətləri belədir: boyu 160-170 santimetr, arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Sağ biləyində beş ədəd nöqtə şəkli olan döymə var.
Əynində göy rəngli gödəkçə, mavi rəngli cins şalvar, ağ zolaqları olan qara rəngli idman ayaqqabısı var.
Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə (012) 498-02-02, həmçinin (050) 636-60-60, (055) 332-32-38, (051) 409-28-89 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub