Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, fevralın 20-də Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Məmmədov küçəsindən Bakı şəhər sakini Elşən Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri Fərhad Salayev və Orxan Pirverdiyev saxlanılıblar.
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Alı Mustafayev küçəsindən Ağsu rayon sakini Nizami Kərimliyə məxsus “Daewoo” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Rahib Vəliyev saxlanılıb.
Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub