Suraxanı rayonunun Əmircan qəsəbəsində qətl hadisəsi törədilib. 1987-ci il təvəllüdlü Rüfət Polejni öldürüb.
Mynews.az xəbər verir ki, bu barədə Suraxanı rayon polis İdarəsindən məlumat daxil olub.
Məlumata görə, fevralın 20-də, axşam saatlarına Polejni küçədə keçmiş qonşusu, 1985-ci il təvəllüdlü Sənan Əzimovla üz-üzə gəlib.
Onların arasında mübahisə düşüb.
Əldə olan məlumatlara əsasən, Polejninin Əzimova kiçik məbləğdə borcu olub.
Əzimov ondan pulu qaytarmasını tələb etsə də, sonuncu borcu qaytarmaq niyyətində olmadığını bildirib. Bundan hiddətlənən Əzimov bıçaq çıxararaq, borclunun üzərinə hücum çəkib.
Polejni müqavimət göstərməyə çalışsa da, nəticədə bir neçə bıçaq xəsarəti alıb. Onun xəstəxanaya aparılan zaman yolda qan itkisindən öldüyü bildirilir.
Əzimov törətdiyi əməldən sonra polis bölməsinə gələrək, təslim olub və baş verənlər barədə danışıb.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi açılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub