Bakıda avtobusda dava düşüb. İnsident 96 nömrəli marşrutda sərnişinlər arasında yaşanıb. İki gəncin sözü digərinin boğazından keçməyib. Bir-birini küçə söyüşləri ilə təhqir edən sərnişinlər mübahisəni avtobusu tərk etdikdən sonra da davam etdirib. Qeyd edək ki, anoloji hadisə ötən ayın əvvəlində Sabunçu rayonunda baş verib. Bakıda marşrut avtobusunun sürücüsü dayanacaqda bıçaqlanıb. Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu rayonun Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə olan dayanacaqda naməlum şəxslə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və R.Məmmədov 2 bıçaq zərbəsi alıb. Qeyd edək ki, R.Məmmədov 163 nömrəli marşrut avtobusunun sürücüsüdür. Mynews.az big.az-a istinadən təqdim edir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub