Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun ayrı-ayrı kəndlərindən vətəndaşlara məxsus mal-qaraları oğurlayan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan Mynews.az-a verilən məlumata görə, Biləsuvar sakini Mirzəli Nuriyev Xırmandalı kəndində yerləşən fermasından ona məxsus 4 baş dananın oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxslərin Biləsuvar rayonunun Bəydili kənd sakini Cavad Süleymanov və rayonun Zəhmədabad kənd sakini Əli Bağırov olduğu müəyyən edilib və hər iki şəxs saxlanılıb. Onlar heyvanları Maştağa bazarında 4600 manata satdıqlarını bildiriblər. Adıçəkilən şəxslərin həmçinin ayrı-ayrı vaxtlarda Biləsuvarın Əliabad kəndindən 1 baş, Zəhmədabad kəndindən 1 baş heyvanı da oğurladıqları məlum olub. Cavad Süleymanov və Əli Bağırov 6 baş heyvanı ümumilikdə 7100 manata satıb pulu aralarında bölüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
1
Leyla Əhmədova həbs olundu
375 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
321 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
295 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
287 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
279 dəfə oxunub