Beyləqan rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.
Mynews.az Report-a istinadən xəbər verir ki, “VAZ-2107” markalı və “BMW” markalı avtomobillər toqquşub.
Nəticədə 1972-ci il təvəllüdlü Etibar Abdullayevin idarə etdiyi 90 FK 510 dövlət qeydiyyat nömrə nişanlı “VAZ-2107” markalı avtomobil deformasiyaya uğrayıb.
Avtomobilin sürücüsü E.Abdullayev və onun sərnişini 1978-ci il təvəllüdlü Arif İmrəliyev hadisə yerində ölüb.
Hadisə zamanı 1987-ci il təvəllüdlü Kənan Mirzəyevin idarə etdiyi 10 TO 725 dövlət qeydiyyat nömrə nişanlı, “BMW” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü Elnur Bəndəliyev, digər iki “VAZ-2107” markalı avtomobillərin sürücüləri - Nəsimi Allahverdiyev və Cəmil Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstyəxanasına çatdırılıb.
09:52
Beyləqanda zəncirvari qəza nəticəsində iki nəfər ölüb.
FHN-dən Mynews.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda üç ədəd “VAZ” markalı avtomobil və “BMW” markalı avtomobilin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif oğlunun cəsədlərini deformasiyaya uğramış “VAZ” markalı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub