Bakıda havalandırma sisteminin borusuna düşən şəxs xilas edilib.
Bu barədə Mynews.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1988-ci il təvəllüdlü Mehrəliyev Asif Çingiz oğlu “Alov” restoranının havalandırma sisteminin borusunda köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı borudan çıxarıb və adiyyəti üzrə təhvil verib.
Əməliyyat başa çatıb.
10:13
"Koroğlu" metrosunun çıxışındakı "Alov" restoranında faciə baş verib.
Mynews.az ölkə.az-a istinadən xəbər verir ki, naməlum şəxs restoranın tüstü bacasına girib. Onun buraya necə girməsi və ya düşməsi barədə heç bir məlumat yoxdur.
Hadisə yerinə dərhal FHN və polis əməkdaşları cəlb edilib. Tüstü bacasına düşən şəxs çıxarılıb və əraziyə gələn təcili tibbi yardım briqadası tərəfindən ona ilkin yardım göstərilib. Sonra isə təcili yardım maşını ilə ərazidən uzaqlaşdırılıb. O, adının Asif olduğunu bildirsə də, hadisə yerində olan polislər bu məlumatı təkzib ediblər.
Adının Asif olduğunu deyən şəxs gecə 02:00 radələrində onun başqa şəxslər tərəfindən tüstü bacasına atıldığını bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub