Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini F.Müslümov fevralın 20-nə keçən gecə evindən müvafiq sənədləri olan 2 ov tüfənginin oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Abşeron rayon sakini Süleyman Səmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Əliyev olmaları müəyyən edilib.
Oğurlanmış tüfənglər polis əməkdaşları tərəfindən onlardan götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə cinayət işi başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub