Beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları cinayətkar qruplaşmanın rəhbərlərindən olan Azərbaycan vətəndaşını saxlayıb.
Mynews.az bu barədə Oxu.Az-a istinadən xəbər verir.
Həmin şəxs Azərbaycanda ağır və xüsusi ağır dərəcəli cinayətlərin törədilməsi, xüsusilə odlu silahdan istifadə etməklə cinayətkar qruplaşmanın tərkibində quldur hücumları ilə əlaqədar beynəlxalq axtarışa verilib.
Ukraynanın xüsusi xidmət orqanı müəyyən edib ki, sözügedən cinayətkar Ukraynanın mərkəzi bölgəsində yerləşən kiçik qəsəbələrin birində gizlənib. Hal-hazırda o, polis nəzarətinə götürülüb və yaxın zamanda Azərbaycana ekstradisiya olunacağı gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub