Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb.
DXS-nin Mətbuat Mərkəzindən Mynews.az-a verilən məlumata görə, 2018-ci ilin fevral ayının 23-də Astara rayonu ərazisində DSX Sahil Mühafizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin sərhəd sularımıza daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub.
Üzmə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koordinatları üzrə su səthinə baxış keçirilib, bir buya bərkidilmiş lövbərdə üç bağlama aşkar edilərək götürülüb.
Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şəklində heroinə oxşar maddə aşkar olunub.
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub