Seyfəddin Hüseynov Kolumbiya narkobaronu və kokain kralı Pablo Eskabar olmasa da, Masallı rayonunda kifayət qədər tanınan iri narkotik vasitə alverçisidir.
Mynews.az bildirir ki, Masallı Rayon Polis İdarəsindən daxil olan məlumata görə, hal-hazırda Masallı rayon hüquq-mühafizə orqanları Mollaoba kəndinin kafelərindən birində aparılan əməliyyat zamanı qaçmağa nail olmuş, əvvəllər məhkumluğu olan 47 yaşlı Seyfəddin Hüseynovu axtarır.
Əməliyyatın gedişində o, avtomobilində gizlənib. Bir müddətdən sonra polis əməkdaşları cinayətkarın maşınını kanalda aşkarlayıb, Hüseynovdan isə əsər-əlamət olmayıb.
Narkobaron kriminal aləmdə Seyfi adı ilə tanınır. Polisin verdiyi məlumata görə, Hüseynov güclü təsirli narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olur. Hüseynovun saxlanılması üçün Masallı rayonuna bölgənin bütün polis qüvvələri səfərbər edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub