USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Sabirabadda 41 yaşlı kişi özünü öldürdü

21:51 27.02.2018
Sabirabadda 41 yaşlı kişi özünü öldürdü
21:51 27.02.2018

Bu gün Sabirabadda baş vermiş intiharın təfərrüatlari məlum olub.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, 41 yaşlı Moranlı kənd sakini Vüqar Əlifağa oğlu Hüseynov əvvəllər kənd məktəbinin müəllimi olub. Lakin səhhətində yaranmış psixoloji problemlərlə bağlı bir müddət əvvəl müəllimlikdən gedib. Onun atası mərhum Əlifağa Hüseynov da Moranlı kənd məktəbinin direktoru işləyib. Vüqar Hüseynov özünü öldürmək məqsədi ilə ürək nahiyəsinə bir bır bıçaq xəsarəti yetirib və Şirvan Şəhər Xəstəxanasına aparılarkən yolda keçinib. Hadisənin mərhumun psixi xəstəliyi ucbatından baş verdiyi deyilir.

***18:38

Sabirabad rayon sakini özünü bıçaqla vuraraq intihar edib.

APA-nın xəbərinə görə, Sabirabadın Moranlı kənd sakini, 1977-ci il təvəllüdlü  Hüseynov Vüqar Əlifağa oğlu ürək nahiyəsindən özünə bıçaqla xəsarət yetirib. V. Hüseynov Şirvan Şəhər Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti