Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
Mynews.az-ın məlumatına görə, hadisə rayonun Qarayazı kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Musayev Asif Munasib oğlu naməlum şəraitdə bıçaqlanıb.
Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.