Tbilisinin Barataşvili küçəsində yerləşən binaların birindən düşən fasad şüşəsi 6 uşağa xəsarət yetirib.
Mynews.az-ın APA TV-yə istinadən məlumatına görə, uşaqlardan biri azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Bu barədə yeniyetmənin yerləşdirildiyi İnqorovka adına xəstəxanadan bildirilib. Həkimlərin sözlərinə görə, uşağın travmaları çox ağır olub və əməliyyat zamanı onun ürəyi dayanıb.
Tbilisinin Barataşvili küçəsində üzərinə fasad şüşəsi düşmüş məktəblilərdən daha üçünün azərbaycanlı olduğu məlum olub. Uşaqlar hazırda xəstəxanadadır. Onların vəziyyəti stabildir və bu gün evə buraxılacağı gözlənilir.
Uşaqların dediyinə görə, onlar Tbilisiyə ekskursiyaya gəliblər və dayanacaqda düşəndən sonra bədbəxt hadisə baş verib. Onlar şəhərin Zemo Poniçala qəsəbəsində yerləşən 70 saylı məktəbin şagirdləridir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub