Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, hadisə N.Nərimanov küçəsində qeydə alınıb. Küçə ilə hərəkətdə olan “Niva” markalı avtomobilin qarşısına qəfil piyada çıxıb. Sürücü maşını saxlaya bilməyərək piyadanı vurub. Piyada 80 yaşlı İsmayılov Nadir İsmayıl oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qəza baş verən ərazidə olan əməkdaşları sürücünü saxlayıblar. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar cinayət işi başlanılıb. Qeyd edək ki, dünyasını dəyişən piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu olub.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub