Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi öldürməkdə təqsirli bilinən Elnur Nəhmətov, Pərviz Hüseynov və Ruslan Məmmədov məhkəmə hökmündən prokuror tərəfindən verilən apelyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin işi üzrə qərar elan edilib.
Qərara görə, prokuror tərəfindən verilən apelyasiya protesti, təqsirləndirilən şəxslərin vəkilləri tərəfindən verilən apelyasiya şikayətləri təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror təqsirləndirilən Elnur Nəhmətovun cəzasının ağırlaşdırılmasını istəyib.
Həmçinin təqsirləndirilən şəxslər də cəzadan narazı qalıblar. Elnur Nəhmətov cəzasının daha yüngül cəza ilə əvəz edilməsini, digər təqsirləndirilən şəxslər isə barələrində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Nehmətov 5 il, Pərviz Hüseynov 2 il, Ruslan Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmümə əsasən, Elnur Nehmətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) həmin məcəllənin 124-cü maddəsinə (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib.
Qeyd edək ki, prokuror Elnur Nəhəmətovun 19 il, Pərviz Hüseynovun 3 il, Ruslan Məmmədovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
İttihama görə, ötən il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Yalçın Qocayev hadisə yerində ölüb.
1
Sosial mediada qadın sürücü ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB
417 dəfə oxunub
2
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
413 dəfə oxunub
3
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
405 dəfə oxunub
4
İlham Əliyev fərman imzaladı
399 dəfə oxunub
5
Gəncədə yük avtomobili yaşlı qadını vuraraq öldürüb
393 dəfə oxunub