Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayış evlərindən birinə naməlum şəxs tərəfindən silahlı basqın olub.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Gündüz Abdullayev küçəsi, ev 5A ünvanında qeydə alınıb.
Həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Qəribbala qızı Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Elman qızı Həşimova naməlum şəxsin hücumuna məruz qalıb.
Maskalı şəxs evə girərək bıçaqla qadına və qıza müxtəlif dərəcəli xəsarətlər yetirib. Yaralılar qışqırığa gələn qonşuların köməyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. İlkin ehtimala görə, basqın oğurluq məqsədilə törədilib.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub