Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib.
Hadisə nəticəsində tüstüdən zəhərlənən 1970-ci il təvəllüdlü Kərimov Vüqar Fikrət oğlu, 1983-cü il təvəllüdlü Nadirov Kamal Ramiz oğlu və 1983-cü il təvəllüdlü Qafarov Vasif Hüseynxan oğlu şöbəyə yerləşdirilib.
Yaralıların səhhəti kafi qiymətləndirilir.
Hadisə zamanı ölən 24 hamısı orada müalicə alanlardır.
Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğın söndürülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub