USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Baş redaktor Bakıda faciəvi şəkildə öldü

15:24 02.03.2018
Baş redaktor Bakıda faciəvi şəkildə öldü
15:24 02.03.2018

Bakıda baş redaktor dəm qazından boğulub ölüb.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib.

"Femida" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.


Xəbər lenti