Xəbər verdiyimiz kimi bu gün – martın 2-də, səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.
Mynews.az bildirir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə hadisə zamanı tanınmış reper Elşad Xose də Narkoloji Mərkəzdə olub. Məsələ ilə bağlı reperlə əlaqə saxladıq, o, faktı təsdiq etdi:
“Səhər xəbəri eşidən kimi dəhşət içində hadisə yerinə qaçdım. Çünki mənə doğma olan dostum orda müalicə olunur. Xoşbəxtlikdən həmin oğlan qonşu korpusda olub, xəsarət almayıb. Gözümün önündə xeyli adam diri-diri yanaraq, kül oldu. Özü də son vaxtlar həmin xəstəxanada narkomanların sayı həddən artıq çox idi. Görünür insanlar özlərini realizə edə bilmədiklərindən bu yolu seçiblər. Nə qədər adam öldü, Allah rəhmət eləsin. Evə gəlmişəm, hələ də o dəhşətli mənzərə gözümün önündən getmir. Gördüklərim dəhşət idi”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub