Bakıda jurnalist Ülkər Qasımqızının çantası oğurlanıb.
Mynews.az bildirir ki, zərərçəkənin “Report”a verdiyi məlumata görə, hadisə fevralın 28-də Qara Qarayev prospekti 39/47 ünvanında “Oskar” mebel salonunun qarşısında qeydə alınıb.
Ü.Qasımqızının sözlərinə görə, toyu ərəfəsində mebellərə baxmaq üçün həmin salona giriblər: “Maşının qapıları örtülü olsa da, açar ilə bağlanmamışdı. Mebel salonunda olmağımızdan istifadə edən naməlum şəxs avtomobilin arxa oturacağına qoyduğum çantamı götürərək qaçıb. Çantamda mənə məxsus şəxsiyyət vəsiqəsi, evin 2 açarı, maaş kartım, nişanlımın Gürcüstan Respublikasına məxsus ümumvətəndaşlıq pasportu, anama məxsus maaş kartı və digər əşyalar var idi”.
Zərərçəkən şəxs Nizami Rayon 25-ci Polis Bölməsinə məlumat verdiyini, hadisənin görüntülərini polisə təqdim etdiyini deyib.
Qeyd edək ki, Ülkər Qasımqızı “Xəzər” televiziyasında müxbir vəzifəsində çalışır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub