Martın 2-də Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində rayon subartezian quyularının istismarı idarəsinə məxsus quyunu elektrik enerjisi ilə təmin edən kabelin 20 metrlik hissəsinin kəsilərək oğurlanması barədə Tərtər RPŞ-yə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Nağıyev saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin yanvar-vefral ayları ərzində şəhər ərazisində, həmçinin rayonun Sarıcalı, Hüləbətli, Seydimli, Bəyimsarov kəndləri ərazisində quyulardan Tərtər subartezian quyularının istismarı idarəsinə məxsus quyuları elektrik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlaması müəyyən edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub