İki gün əvvəl Sabirabad rayonunda baş vermiş qəzada ağır xəsarət alımış polis zabiti dünyasını dəyişib.
Mynews.az virtualaz.org-a istinadən məlumatına görə, Sabirabad rayonunun Qaratəpə kəndində yaşayan 25 yaşlı polis baş leytnantı Yusif Vəli oğlu Hüseynov Sabirabad rayon Polis Şöbəsinin əməliyyatçısı işləyib. O, mart ayının 2-də baş vermiş yol-nəqliyyat qəzasından sonra ağır vəziyyətdə Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilimişdi.
Qəza zamanı "VAZ-2107", "NİSSAN" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "VAZ-2107"in sürücüsü, Sabirbad rayonu, Qaratəpə kənd sakini, 25 yaşlı Yusif Vəli oğlu Hüseynov , "NİSSAN"ın sürücüsü, rayonun Qalaqıyın kənd sakini Elşən Eyvaz oğlu Hüseynov və iki nəfər sərnişini-həmkəndlisi Nicat Ramiz oğlu Quliyev, Türkədi kənd sakini Elxan İlham oğlu Dadaşov müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub