Dünyada hər gün hər 3 qadından biri şiddətə, hər 5-dən 1-i təcavüzə məruz qalır, ya da təcavüzdən son anda xilas olur.
Mynews.az ARB 24-ə istinadla xəbər verir ki, şərti adı Aidə olan qəhrəmanım da qısqanclıq zəmnində şiddətin qurbanı olub.
Aidə Qəribova - Zorakılıq qurbanı: "Evdə uşaqların gözünün qabağında döyürdü. Bir dəfə elə boğdu ki, əlini çəkməsəydi, boğulacaqdım. Anasıyla əl-ayağımı bağlayırdılar. Anası xəstələnmişdi. Öyrətdi ki, o məni zəhərləyib. Orucluq ayı idi. İftar açacaqdım. Elə hala saldı ki, gözümün altını qaraltdı, döydü ki, sən mənim anamı zəhərləmisən. Evdə də yatmağa qoymurdu. Qapının ağzında yatırdım. Soyuq suyu tökürdü üstümə".
Aidə başına gələn müsibətlər haqqında heç kimə məlumat vermir. Səbr etmək qərarına gəlir. Çünki ailəsinin dağılmasını istəmir. Amma o, susduqca ailə üzvlərinin şər-böhtanı daha da artır. İş o yerə çatır ki, həyat yoldaşı onu öldürmək qərarına gəlir. Aidə son anda canını götürüb onun təbirincə desək, cəhənnəmdən qaçmağa müvəffəq olur.
Aidə Qəribova - Zorakılıq qurbanı: "Anası dedi səni elə hala salacağıq ki, özün öz ayağınla bezib gedəcəksən. Dedim qapını aç, açmadı. Dedim onda mən başqa yerdən gedərəm. Özümü 2-ci mərtəbədən atdım ki, qaçım. Düşən kimi belim qırıldı. 2 ay mən taxta üzərində yatdım. 2 ay qoymadı uşaqlar yanıma gəlsin".
Ekspertlər deyirlər ki, valideynlər arasında qeydə alınan bu cür neqativ halların qurbanı çox vaxt körpələr olur.
Yaşanan problem uşaqların psixologiyasına mənfi təsir edir. Bu da gələcəkdə onların həyat tərzində özünü qabarıq biruzə verir.
Bu kimi halların baş verməməsi üçün ailə quran cütlüklər bir-birini yaxşı tanımalı, qohum və ya tanışların məsləhəti ilə qısa müddətə ailə qurmamalıdırlar. Hər halda ekspertlər bu qənaətdədirlər.
Hüquqşünaslar isə qadına qarşı şiddət göstərilməməsi istiqamətində dövlət səviyyəsində tədbirlərin keçirildiyini bildirsə də, bunun zorakılıq hallarının qarşısını almaq üçün kifayət etmədiyini deyirlər.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub