Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, 34 yaşlı Kəmalə Ağayeva dükandan ərzaq alıb evə qayıdan zaman yeniyetmə oğlunun hücumuna məruz qalıb.
Oğlu Ağayevaya mətbəx bıçağı ilə 4 zərbə endirib. Yaralı qadın ətrafdakı insanları köməyə çağırıb. Qonşuları onu xəstəxanaya çatdırıblar.
Əməliyyat edilən Kəmalə Ağayevanın vəziyyəti ağırdır. Yeniyetmə isə hadisə yerindən qaçıb.
İlkin məlumata görə, o, anasından pul istəyib. Qadın imtina etdiyindən məlum olay yaşanıb.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub