USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycanda daha bir dəm qazı faciəsi 2 körpə boğularaq öldü - FOTO

21:40 06.03.2018
Azərbaycanda daha bir dəm qazı faciəsi 2 körpə boğularaq öldü - FOTO
21:40 06.03.2018

Azərbaycanda dəm qazı daha iki uşağın ölümünə səbəb olub.

Mynews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakıda İmran Qüdrətovun ailəsində baş verib.

Məlumata görə, evə gələn ata həyat yoldaşı və uşaqları Dinarə Qüdrətova və Binyamin Qüdrətovu halsız vəziyyətdə aşkarlayıb. O, dərhal arvadını və uşaqlarını xəstəxanaya yerləşdirib.

Uşaqların həyatını xilas etmək mümkün olmayıb. Ana hazırda xəstəxanadadır.

Dünyasını dəyişən uşaqlar Astara rayonunun Şüvi kəndində dəfn olunublar.

Qeyd edək ki, martın 4-də Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından dünyasını dəyişib. Onlar – Rafiq Hüseynov (baba),  Yeganə Hüseynova (nənə), Sara Rafiq qızı Hüseynova (ana) və onun 3 körpəsi  Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.

Azərbaycanda daha iki körpə dəm qazından boğuldu


Xəbər lenti