Martın 2-də 4 nəfər naməlum şəxs qadının evinə basqın edib 4 yaşlı oğlunun əl-qolunu bağlayıb aparıblar. Hadisə Binəqədi rayonunda baş verib.
Mynews.az xəbər verir ki, övladı oğurlanan Könül Ərsoy bildirib ki, həmin gün təxminən saat 19 radələrində birlikdə yaşadığı qardaşı Seymur işdən gələndən sonra bu hadisə baş verib: “Seymur evə girən kimi arxasınca tanımadığımız 4 nəfər basqın edib üstümüzə cumdu. Seymuru vurub yıxdılar, sonra da döyməyə başladılar. Oğlum Eldarı da tutdular, uşaq ağladı, mən qollarından yapışıb nə qədər özümə tərəf çəksəm də, heç nə edə bilmədim. Keçmiş yoldaşım Babək Ərsoy da onlardan arxada dayanmışdı, sonra o da içəri girdi. Uşağı yarıçılpaq vəziyyətdə götürüb apardılar.
Mən iki il əvvəl yoldaşımdan boşanmışam. Məhkəmə qərarı ilə uşağı atası ilə görüşdürdüm, o, Eldarı aparıb 8 ay özündə saxladı, məndən gizlətdi. Sonra yenidən məhkəmə vasitəsilə geri aldım”.
K.Ərsoy deyib ki, məsələ ilə bağlı polisə müraciət ediblər, araşdırma aparılır.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(qafqazinfo)
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub