USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Cəlilabad sakinini çəkiclə öldürüblər

13:37 07.03.2018
Cəlilabad sakinini çəkiclə öldürüblər
13:37 07.03.2018

Daxili İşlər Nazirliyi Cəlilabadda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Mynews.az nazirliyinin saytına istinadən xəbər verir ki, martın 2-də Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirov yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Martın 5-də S.Nəsirovun üzərində zorakılıq əlamətləri olan meyiti Ləkin kəndinin otlaq sahəsində tapılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cəlilabad Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsirovu münaqişə zəminində çəkiclə qətlə yetirməkdə şübhəli bilinən Musalı kənd sakini Seymur Məmmədov tutulub.


Xəbər lenti