"Dəm qazı zəhərlənmələrinin qarşısını almaq mümkündür. Bunun üçün mənzillərdə dəm qazı əmələ gələndə siqnal verən xüsusi qurğular quraşdırıla bilər. Bu qurğular qaz cihazlarına yerləşdirilsə, dəm qazı yaranan kimi qaz verilişi dayanır".
Mynews.az xəbər verir ki, bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, dəm qazı zəhərlənmələri əsasən hamam otağında olur.
A.Maqsudov qeyd edib ki, dəm qazından zəhərlənən insan ilk növbədə təmiz havaya çıxarılmalıdır:
"Zəhərlənən şəxslərin bədən hərarəti düşdüyü üçün onların üstünü örtmək, isti su vermək lazımdır. Huşu üzərində olmayan insanların ağız boşluğunu açaraq seliyi təmizləmək lazımdır ki, nəfəs yolları açılsın".
A.Maqsudov qeyd edib ki, bu il yanvar ayında şöbəyə 18 nəfər, fevral ayında 20 nəfər və mart ayında 6 nəfər dəm qazı zəhərlənmələri ilə daxil olub. Xəstələrin hamısı evə buraxılıb. Müraciət edən xəstələrin 70 faizini qadınlar təşkil edir:
"Bundan başqa, fevral ayında 2 nəfər sirkə turşusu, 11 nəfər kəskin allergik reaksiya ilə daxil olub, bunların da çoxu dərman qəbulundan sonra baş verib. Hər gün də olmasa, bir gündən bir 6-7 nəfər spirtli içki ilə bağlı müraciət edir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub