Zaqatalada 27 yaşlı qız özünü hündürmərtəbəli binanın dördüncü mərtəbəsindən yerə atıb.
Mynews.az APA-ya istinadən məlumatına görə, bu gün axşam saat 17 radələrində Zaqatala şəhəri İmam Şamil küçəsində, "Köhnə bazar” adlanan ərazidəki yeddimərtəbəli yaşayış binasının sakini 1991-ci il təvəllüdlü Günay Murad qızı Balayeva özünü dördüncü mərtəbədən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Günay Balayeva travmatikşok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
MRX-dan verilən məlumatda bildirilir ki, son zamanlar əsəb xəstəliyindən əziyət çəkən Günay Balayeva intihar etmək məqsədi ilə özünü binanın dördüncü mərtəbəsindən yerə atıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub