Martın 10-da bədbəxt hadisə nəticəsində dünyasını dəyişən polis müstəntiqi Mirzəli Cavid Ədalət oğlu haqqında yeni məlumatlar əldə olunub.
25 yaşlı Cavid Mirzəli nişanlı olub. Onun Novruz bayramından sonra toy mərasiminin olacağı gözlənilirdi.
Mynews.az verir ki, mərhumun yaxınlarının interpress.az-a verdiyi məlumata görə, mərhumun toy mərasimi üçün uzaq qohumlara dəvətnamələr də paylanılıb.
Qeyd edək ki, martın 10-da Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu bədbəxt hadisə nəticəsində ölüb. O, küçə ilə hərəkət edərkən yıxılıb.
Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib.
Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.
Faktla bağlı araşdırma aparılır.
Əlavə edək ki, C.Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb.
1
"Qarabağ" Nəriman Axundzadəni satdı
1103 dəfə oxunub
2
Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı
1083 dəfə oxunub
3
Türkiyə Superliqası: "Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi
1070 dəfə oxunub
4
Bu ərazilər Rusiyanın nəzarətinə keçdi
1068 dəfə oxunub
5
Nigar Camal “Barbie” oldu - VİDEO
1047 dəfə oxunub