Martın 11-də Sumqayıt şəhər sakini Mehman Hüseynovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat daxil olub.
DİN-dən Mynews.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və M.Hüseynovun həmin gün saat 20 radələrində S.Vurğun küçəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması məlum olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa zamanda hadisənin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Qubadlı rayon sakini Gündüz Səfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub