Martın 12-də DİN-in “102 Zəng Mərkəz” Xidmətinə Sumqayıt şəhəri 3-cü məhəllənin ərazisində bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən Mynews.az-a daxil olan məlumata görə, məlumatla əlaqədar dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gəliblər. Polis əməkdaşlarını görən həmin şəxs onlara müqavimət göstərib və benzinlə özünü də yandırmağa cəhd göstərib.
Lakin əməkdaşların çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınaraq zərərsizləşdirilib.
Saxlanılaraq ŞPİ-yə gətirilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Köçəri Məhərrəmov olduğu, şəhər sakini M.Şirinovanı xuliqanlıq zəminində döyərək benzinlə yandırmaq istəməsi müəyyən edilib.
Faktla bağlı toplanmış materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.
1
"Qarabağ" Nəriman Axundzadəni satdı
1103 dəfə oxunub
2
Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı
1083 dəfə oxunub
3
Türkiyə Superliqası: "Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi
1070 dəfə oxunub
4
Bu ərazilər Rusiyanın nəzarətinə keçdi
1068 dəfə oxunub
5
Nigar Camal “Barbie” oldu - VİDEO
1047 dəfə oxunub