Martın 12-də DİN-in “102 Zəng Mərkəz” Xidmətinə Sumqayıt şəhəri, 3-cü məhəllənin ərazisində bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub.
DİN-dən Mynews.az-a verilən məlumata görə, dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gəliblər. Polis əməkdaşlarını görən həmin şəxs onlara müqavimət göstərib və benzinlə özünü də yandırmağa cəhd göstərib.
Lakin əməkdaşların çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınaraq zərərsizləşdirilib.
Saxlanılaraq ŞPİ-yə gətirilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Köçəri Məhərrəmov olduğu, şəhər sakini M.Şirinovanı xuliqanlıq zəminində döyərək benzinlə yandırmaq istəməsi müəyyən edilib.
Faktla bağlı toplanmış materallar Sumayıt Şəhər Prokurorluğuna göndərilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub