Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Ağayevın Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, ötən ilin oktyabr ayında Yasamal rayonunda Səbuhi Ağayevlə Anar Muradov arasında şəxsi münasibətlərin aydınlaşdırılması zəminində mübahisə yaranıb.
Sərxoş vəziyyətdə olan Ağayev Muradovun üzərinə yanacaq tökərək, ona od vurub.
Ağır yanıq xəsarətləri alan zərərçəkən 5 saylı şəhər klinik xəstəxasına çatdırılıb, onun həyatını həkimlər xilas ediblər. Şübhəli şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.
Məhkəmənin hökmü ilə S.Ağayev 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub