Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Mynews.az xəbər verir ki, rayonun Abbaslı kəndində "VAZ 21 011" markalı minik avtomobili kanala aşıb. Hadisə yerinə gələn kənd sakinləri texnikanın köməyi ilə suya düşmüş avtomobili çıxarıblar. Lakin sürücünü tapmaq mümkün olmayıb. Aparılan axtarış tədbirləri nəticəsində avtomobilin Aşağı Seyfəli kəndində yaşayan və "Sarı" adı ilə tanınan şəxsə məxsus olduğu və onun meyitinin hadisə yerindən təxminən 50 metr aralıda olduğu müəyyənləşib. Meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Bildirilir ki, sürücü qəzadan sonra avtomobilin qapısını aça bilib. Lakin aldığı xəsarət səbəbindən üzərək kanaldan sahilə çıxa bilməyib və boğularaq ölüb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub