Bakı Ağır Cinayətlər Məhkəməsində Qazaxıstan Respublikasının vətəndaşı Alı Tağıyevın Cinayət Məcəlləsinin 180.2.2 (soyğunçuluq, təkrar törədildikdə), 180.2.4 (soyğunçuluq, ümumi təhlükəli üsulla törədildikdə) və 181.2.2 (quldurluq, təkrar törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, ötən il iyunun 3-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını qırıb götürərək hadisə yerindən qaçıb.
Nəsimi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Alı Tağıyev həmin gün saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin bundan əlavə, paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qadınlara qarşı ümumilikdə üç quldurluq və iki soyğunçuluq cinayəti törətməsi məlum olub.
Məhkəmənin hökmü ilə A.Tağıyev 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub