Bakı Ağır Cinayətlər Məhkəməsində qızının həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Gündüz Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Mynews.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin qərarı ilə G.Novruzovun barəsində olan başqa yerə getməmək qəti imkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
İş üzrə məhkəmənin baxış iclası martın 30-na təyin edilib.
İttihama görə, G.Hüseynov kürəkəni Rəfael İsmayılovla mübahisə edib və nəticədə onu bıçaqlayıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham edilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub