Bakı metrosunda ölüm faktı qeydə alınıb.
Faktı “Report”a təsdiqləyən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, hadisə bu gün metronun “28 may” stansiyasında baş verib.
Onun sözlərinə görə, hadisə saat 15:35 radələrində qeydə alınıb: “Belə ki, 1953-cü il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Vasif Şamil oğlu 28 may stansiyasına çatanda özünü pis hiss edib və qatardan düşüb. Dərhal ilkin müdaxilə edilib, təcili tibbi yardım çağrılıb. Lakin həkimlər gələnə kimi həmin şəxs keçinib. İlkin ehtimala görə, onun ürək tutmasından vəfat etdiyi güman edilir”.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub