Şirvanda bıçaq yarası alan şəxsin bədənindən bıçağın tiyəsi xaric edilib.
Mynews.az apa-ya istinadən xəbər verir ki, martın 15-də gecə saatlarında Şirvan şəhəri, Bayramlı qəsəbə sakinləri, 30 yaşlı Qəniyev Vətən Vaqif oğlu və qohumu 2000-ci il təvəllüdlü Fətəliyev Murad Barat oğlu münaqişə zəminində bir-birilərini bıçaqlayıblar. Nəticədə qohumlardan biri kürəyindən, digəri isə ayağından bıçaq xəsarəti alıb. Onlar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Rentgen müayinəsindən sonra məlum olub ki, kürəyindən bıçaq xəsarəti alan bıçağın tiyəsi Vətən Qəniyevin ürəkətrafı nahiyəsində qırılıb qalıb. Bu gün səhər saatlarında Bakıdan Şirvana ezam olunana təcrübəli həkim-cərrah yaralı üzərində əməliyyat apararaq ürəyə söykənən həyat üçün ciddi təhlükə törədən 5 santimetrlik tiyəni bədəndən xaric edib.
V. Qəniyev əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır stabildir.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub