Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib.
Mynews.az "Report”a istinadən xəbər verir ki, Tbilisi prospektinin keçmiş Nəqliyyat Nazirliyinin inzibati binasına yaxın hissəsində iki "Mercedes" markalı minik maşını toqquşub.
Xəlilova Gülnar Oqtay qızı "99-LD-985" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili idarə edən zaman sürət həddini aşıb və qəfil əyləcdən istifadə edərək yolun əks tərəfinə keçib. Nəticədə o, əks yolda hərəkətdə olan "99-DD-563" dövlət qeydiyyat nişanlı"Mercedes" markalı avtomobilə çırpılıb. Qəza zamanı hər iki avtomobil deformasiyaya uğrayıb.
Əraziyə Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Xanım sürücü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb. Onun sərxoş olduğu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub