Bakı metropolitenin “İçərişəhər” stansiyasında relslərin üzərinə yıxılan şəxsin kimliyi məlum olub.
Mynews.az-ın məlumatına görə, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. O bildirib ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib:
“85 yaşlı Məmmədova Sürayyə Söhbət qızı “İçərişəhər” stansiyasında qatardan endikdən sonra çölə çıxmaq istəyərkən səhv tərəfə dönərək relslərin üzərinə yıxılıb. Hazırda ciddi bir xəsarəti olmasa da hər ehtimala qarşı Təcili Tibbi Yardım çağırmışıq. Sadəcə qatarların hərəkətində 3 dəqiqə ləngimə olub”.
12:54
Bakı metrosunun "İçərişəhər" stansiyasında həyəcanlı anlar yaşanıb.
Mynews.az xəbər verir ki, Sərnişin qatar yoluna yıxılıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib:
"Bu dəqiqələrdə (12:55) "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb. Qatar olmayan vaxt. Gərginliyi çıxarıb sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur nəzərə alasınız. Daha ətraflı 10 dəqiqə sonra məlumat verə bilərəm".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub